“Çelsi”nin yarımmüdafiəçisi Ross Barkli yayda komandanı tərk edə bilər. Matc.az “Telegraf”a istinadən xəbər verir ki, “Nyukasl” futbolçunun xdimətində maraqlıdır.

Məlumata görə, hazırda Çinin “Dalyan İfan” klubunun baş məşqçisi olan Rafael Benites yenidən “ağ-qaralar”a qayıtmaq istəyir. İspaniyalı mütəxəssis komandaya gəlsə, Barklini heyətə cəllb edəcək. 26 yaşlı futbolçunun da London təmsilçisində çıxış etməyə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Benites 2016-19-cu illərdə “Nyukasl”ı çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest