Sabah "Azersun Arena"da Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün çempionu "Qarabağ"ın mükafatlandırılma mərasimi keçiriləcək.
 
Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, saat 20:50-də başlayacaq tədbir mətbuat nümayəndələri üçün açıq olacaq.
 
Qeyd edək ki, mükafatlandırma mərasimi "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest