"Barselona" baş məşqçi Kike Setyenlə yolları ayırmağa hazırlaşır. Matc.az "Goal.com"a istinadən xəbər verir ki, rəhbərlik təcrübəli mütəxəssisin işindən razı deyil.

Bildirilir ki, Setyenin performansı gözləntilərin altında qaldı. Onun komandada inam yarada bilmədiyi qeyd edilib. Bu səbəbdən də rəhbərlik yeni mövsümə ispaniyalı çalışdırıcı ilə başlamayacaq.

Ancaq komanda bu mövsüm çempionlar Liqası və La Liqanı qazana bilsə, o zaman Setyenlə müqavilə uzadılacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest