UEFA qruma üzv olan 55 federasiyaya maliyyə dəstəyi verəcək. Matc.az xəbər verir ki, yardım 2024-cü ilə qədər davam edəcək.

UEFA 2024-cü ilə qədər 775,5 milyon avroluq fond yaradıldığını bəyan edib. Koronavirus pandemiyasının yaratdığı maddi problem səbəbindən yardım əvvəlki ilə müqayisədə 27 faiz artırılıb.

2024-cü ildən isə 2,6 milyard avroluq fond ayırmağı planlaşdırılır. Bu vəsait Avropa çempionatlarından əldə edilən gəlirlər sayəsində formalaşır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest