UEFA Çempionlar Liqasının oyunlarının keçiriləcəyi Portuqaliyanın paytaxtı Lissabon şəhərində yenidən karantin rejimi tətbiq olunub. 
 
Matc.az xəbər verir ki, koronavirusa yoluxanların sayının artması belə bir qərarın qəbul edilməsinə səbəb olub. 19 bölgədəki 700 min insan yalnız işə getmək və ehtiyaclarını qarşılamaq üçün evdən çıxa bilərlər. 
 
Qeyd edək ki, UEFA iyunun 17-də Çempionlar Liqasının 1/4 final mərhələsindən etibarən bütün qarşılaşmaların 12 - 23 avqustda Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcəyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest