Futbol üzrə Portuqaliya kubokunun final matçının keçirilmə vaxtı və yeri məlum olub.
 
Matc.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
ölkə kubokunun final matçı avqustun 1-də, Koimbra şəhərindəki stadionda azarkeşsiz keçiriləcək. Kubokun final matçı "Benfika" ilə "Portu" arasında oynanılacaq.
 
Portuqaliya Futbol Federasiyası "Benfika" və "Portu" klubları arasında keçirilməli olan superkubok matçını isə ləğv edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest