Yeni mövsümdən Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə" avrokuboklara Şamaxıda hazırlaşacaq.
 
Bu barədə matc.az saytına klubun mətbuat xidmətindən məlumat verilib. Şamaxıdakı təlim-məşq toplanışının vaxtı dəqiq bilinmir.Bildirilib ki, komanda üzvlərindən  koronavirusla bağlı analiz götürüldükdən sonra məşqlərə start veriləcək.
 
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu mövsüm Avropa kuboklarında yarışacaq Azərbaycanın 4 futbol komandasının - . “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”  hazırlıq keçməsinə bu gün rəsmi icazə verib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest