AFFA-nın İntizam Komitəsi aşağı yaş qrupları üzrə komandalar arasında təşkil olunan liqalarda baş tutan oyunlarla bağlı qərarlarını açıqlayıb. Matç.az saytı xəbər verir ki, komitə üç qarşılaşmanın nəticəsini ləğv etməyə qərar verib.

Bu matçlardan ikisində "lipa" aşkarlanıb. Söhbət lisenziyası olmayan futbolçunun xidmətindən istifadə olunmasından gedir.

U-14 Liqasında "Qazax Gəncləri" ilə matçda "Şəmkir Gİİ UGİM", U-13 Liqasının "UGİM Göy Göl"lə görüşündə isə "Arzu UGİM 1" bu addımı atıb. Hər iki matçda "lipa"dan yararlanan komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Daha bir oyunda yaş limitinin pozulması aşkarlanıb. U-11 Liqasının "Təhsil TİM" (Gəncə) ilə oyunundakı bu xəta "Qoşqar UGİM 2"yə (Gəncə) 0:3 hesablı texniki məğlubiyyətin verilməsi ilə nəticələnib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest