"Arsenal"ın hücumçusu Aleksandr Lyakazett mövsüm sonunda klubunu dəyişə bilər. Matc.az xəbər verir ki, fransalı futbolçunun xidmətində "Yuventus" maraqlıdır.

Bildirilir ki, Turin təmsilçisi oyunçu üçün danışıqlara başlayıb. "Topçular" fransalı futbolçunun ayrılmasını istəmir. Ancaq tərəflər cari mövsümün sonuna qədər danışıqları davam etdirəcəklər.

Qeyd edək ki, 29 yaşlı forvard bu il "Arsenal"da keçirdiyi 25 oyunda 8 qol vurub. Onun London təmsilçisi ilə müqaviləsi 2022-ci ildə sona çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest