"Atletiko" ciddi itki ilə üzləşib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Dieqo Kosta sıradan çıxıb.
 
Komandanın məşqi zamanı sol ayağından xəsarət alan ulduz futbolçunun durumunun ciddi olduğu aşkarlanıb. Həkimlər forvardın cərrahiyyə əməliyyatı keçirəcəyini açıqlayıb. Kosta bu məqsədlə vətəni Braziliyaya yollanıb. 30 yaşlı oyunçunun nə zaman sıraya dönəcəyi ilə bağlı məlumat verilməsə də, onun ili başa vurduğu dəqiqdi.
 
Qeyd edək ki, Dieqo Kosta bu mövsüm bütün turnirlərdə "Atletiko"nun heyətində 15 oyun keçirib, 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest