Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Barselona” ilə qarşılaşacaq “Napoli” ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, hücumçu Lorenso İnsinye sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
29 yaşlı futbolçu A Seriyasının son turu çərçivəsində keçirilən “Latsio” ilə oyunda (3:1) zədələnib. Futbolçunun sol budunun əzələsindən zədə aldığı bildirilir. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi qeyd olunub.
 
“Barselona” – “Napoli” oyunu avqustun 8-də keçiriləcək. Tərəflər arasında keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest