Azərbaycan çempionu "Qarabağ"ın avrokuboklardakı növbəti mümkün rəqibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk turu keçsə, "Şerif" (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü ilə qarşılaşacaq.
 
Bu matç avqustun 25-26-da keçiriləcək. "Qarabağ" – "Sileks" cütünün qalibi bu görüşə evdə çıxacaq.
 
Qeyd edək ki, Bakıda baş tutacaq "Qarabağ" – "Sileks" oyunu avqustun 18-i və ya 19-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest