Türkiyənin "Trabzonspor" klubunun futbolçusu koronavirusa yoluxub.

Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komanda üzvünün testi müsbət nəticələnib. Adı açıqlanmayan oyunçunun təcrid edildiyi və müalicəsinə başlanıldığı bildirilir.

Qeyd edək ki, daha əvvəl "Qalatasaray"da 2, "Fənərbağça"da isə 1 futbolçuda koronavirus aşkarlanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest