"Qəbələ" 2020-2021-ci illər mövsümünə hazırlıq çərçivəsində keçirilən yoxlama oyununda "Neftçi" ilə üz-üzə gəlib. Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın çalışdırıcısı Elmar Baxşıyev qarşılaşma (1:2) barədə fikirlərini klub saytına saytına açıqlayıb: 
 
"çempionata hazırlıq çərçivəsində son yoxlama oyunumuzu keçirdik. ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq. Oyundan-oyuna komanda istədiyimizi meydanda göstərməyə başlayır. Heyətə yeni qoşulan oyunçular var və getdikcə onların komandaya faydaları dəyəcək. Əlbəttə, güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest