Yeniyetmə boksçulardan ibarət  Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Matç.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 8-dən 17-dək Rusiyanın Anapa şəhərində keçiriləcək Avropa birinciliyində ölkəmiz 7 deyil, 8 idmançı ilə təmsil olunacaq.

Belə ki, Azərbaycan millisi oğlanların yarışı ilə yanaşı, qızların da mübarizəsində qüvvəsini sınayacaq. Komandamızın heyətinə Zeynəb Rəhimova (57 kq) əlavə edilib. Boksçumuz yarışa baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında qatılacaq.

Qeyd edək ki, oğlanlardan ibarət yığmamızın baş məşqçisi Vaqif Kazımov qitə çempionatında Əli Zamanov (48 kq), Əzrək Bəbirov (54 kq), Eldar Babayev (60 kq), Elmir Novruzov (63 kq), Mehman Quliyev (70 kq), Murad Allahverdiyev (80 kq) və Əhməd Əhmədova (+80 kq) şans verəcək. Boksçularımız bu gün gecə saatlarında səfərə yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest