30 Aprel 2026, 16:59
FUTBOL
"Qalatasaray"ın yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Səudiyyə Ərəbistnında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Arrriadiah" portalı məlumat yayıb.
"Əl-Əhli" Almaniya millisinin sabiq üzvünü transfer etmək istəyir. Ərəblər 35 yaşlı futbolçu üçün İstanbul klubuna 10 milyon avroluq təklif göndərəcəklər.
Qeyd edək ki, İlkay Gündoğan mövsümün əvvəlində "Qalatasaray"a qoşulub. Təcrübəli oyunçu "sarı-qırmızılar"ın heyətində keçirdiyi 35 oyunda 2 qol vurub, 5 qol ötürməsi edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.





_1777566019.jpg)

_1777562869.jpg)




_1777557510.jpg)