"Vüqar Talıbovla ilk dəfə görüşürdüm. Bu üzdən onu yaxşı tanımırdım". Matç.az saytı xəbər verir ki, bu sözləri rusiyalı cüdoçu Abrek Naquşev deyib.

O, Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 66 kq çəki dərəcəsində gümüş medal qazandı. Finalda Azərbaycan idmançısı Vüqar Talıbova uduzan Naquşev həlledici qarşılaşma barədə fikirlərini açıqlayıb: "Buenos-Ayresə qızıl medal dalınca gəlmişdim. Amma final qarşılaşmasında ayağım sürüşdü. Lakin məğlubiyyətimi örtüklə əlaqələndirməzdim. özüm günahkaram. örtük pis olsaydı, rəqib də sürüşərdi. O isə sürüşmədi və qalib gəldi. Məşqçim də, atam da məsləhətlərini verirdi. Amma mən lazım olanı edə bilmədim".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest