"Barselona"nın baş məşqçisi Ronald Kuman klubun transfer çalışmalarından danışıb. Matc.az xəbər verir ki, hollandiyalı mütəxəssis son günlərdə adı Kataloniya təmsilçisi ilə çəkilən Memfis Depayın da komandaya keçidi barədə fikirlərini bildirib:

"Depayı almaq üçün əvvəlcə kimisə satmalıyıq. Hazırda yeni mövsümə hazırlaşırıq. Növbəti ilə də eyni oyunçu qrupu ilə başlayacağıq".

Xatrıladaq ki, "Lion"un hücumçusunun 25 milyon avro qarşılığında "Barselona" ilə anlaşdığı iddia edilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest