Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar reallaşıb. Matc.az xəbər verir ki, bu barədə federasiyanın prezidenti əvəzi Namiq Əliyev keçirdiyi brifinqdə məlumat verib.
 
O bildirib ki, Oyan Nəzəriani çimərlik güləşi üzrə, olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə milliyə baş məşqçi təyin olunub.
 
Qurumun prezident əvəzi yunan-Roma güləşinin çalışdırıcısı Aleksandr Tarakanovla isə yola davam edəcəklərini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest