Futbol üzrə İsveç yığmasının baş məşqçisi Yanne Anderssonda koronavirusa aşkarlanıb.
Matc.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
COVİD-19 testi müsbət nəticə verən 58 yaşlı mütəxəssis ötən həftənin sonundan karantindədir. Bu üzdən o, Danimarka yığmasına qarşı keçirdikləri yoxlama oyununda da komandasının yanında ola bilməyib.
Qeyd edək ki, Andersson 2016-cı ildən İsveç yığmasını çalışdırır.
Yanne Anderssondan öncə Macarıstan yığmasının baş məşqçisi Marko Rossidə də koronavirus aşkarlandığı açıqlanmışdı.