Madrid "Real"ının koronavirusa yoluxan futbolçuları – Eden Hazard və Eder Militao sağalıb.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hər iki futbolçunun sonuncu COVİD-19 testi neqativ çıxıb və onlar artıq klubun bazasına qayıdıblar.
 
Hazardla Militanonun hətta komanda ilə məşqlərə başladığı da qeyd olunur. Bu isə onların "Vilyarreal"la qarşılaşmada iştirak edəcəyindən xəbər verir.
 
Qeyd edək ki, "Vilyarreal" – "Real" matçı noyabrın 21-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest