Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə "Sandhauzen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, 90-cı dəqiqədə meydana buraxılıb.
 
9 turdan sonra 15 xala malik "Ersgebirge" 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest