İtaliyanın “Napoli” klubunun ev oyunlarını keçirdiyi “Stadio San Paolo” stadionun adı dəyişdirilib.
 
Matc.az xəbər verir ki, stadionun adı bir neçə gün əvvəl vəfat edən Dieqo Maradonanın şərəfinə “Stadio Dieqo Armando Maradona” adlandırılıb.
 
Bu barədə Neapol bələdiyəssinin başçısı Luici De Maqistris “instagram” səhifəsində məlumat yayıb.
 
Maradona 1984-1991-ci illərdə “Napoli”də forma geyinib. Argentinalı mərhum futbolçu noyabrın 25-də ürəktutmasından vəfat edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest