Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Kenan Atık çalışdıracaq.
 
Bu barədə klub prezidenti Ali Çetin məlumat verib. O, komandanın məşqçilərindən olan bu mütəxəssisə baş məşqçi kimi özünü sınamaq imkanı yaratdıqlarını bəyan edib.
 
Qeyd edək ki, “Dənizlispor”u bu mövsümün əvvəlindən Robert Prosineçki çalışdırırdı. Lakin uğursuz nəticələrə görə Azərbaycan yığmasının sabiq çalışdırıcısı ilə yollar ayrılmışdı. Ali Çetin xorvat mütəxəssisə heç bir təzminat ödənilməyəcəyini də açıqlayıb.
 
“Dənizlispor” 9 oyuna topladığı 6 xalla 21 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest