"Qəbələ"nin daha bir futbolçusu koronavirusdan sağalıb.
 
Matc.az xəbər verir ki, son olaraq, ülvi İsgəndərovun test nəticəsi mənfi çıxıb.
 
Klubdan "Report"a verilən məlumata görə, hazırda komandada cəmi 1 aktiv koronavirus xəstəsi var. Bu da Ceyms Adeniyidir. Bunadək 8 oyunçuda infeksiya aşkarlansa da, onların əksəriyyəti sağalıb. Bu gün komanda üzvləri yenidən test verəcəklər.
 
Premyer Liqanın 12-ci turunun 4 oyunundan 3-ü - "Keşlə" - "Səbail", "Sabah" - "Neftçi" və "Zirə" - "Sumqayıt" matçları yoluxma səbəbindən təxirə salınıb. Peşəkar Futbol Liqası bu tur yalnız "Qarabağ" - "Qəbələ" görüşünün keçiriləcəyini açıqlayıb. Qəbələ" klubu səfər matçının təxirə salınması üçün öz tərəflərindən heç bir əsas görmədiyini bəyan edib.
 
Qeyd edək ki, dekabrın 6-da keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması saat 16:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest