Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Səbail"in qonağı olan "Zirə"də planlaşdırılmamış əvəzləmə edilib. Matç.az saytının məlumatına görə, buna səbəb müdafiəçi İlkin Qırtımovun zədələnməsi olub.

Qarşılaşmanın 31-ci dəqiqəsində Ağabala Ramazanovla hava mübarizəsindən sonra yerə uğursuz eniş edən Qırtımov sağ ayağından xəsarət alıb. 28 yaşlı sağ cinah oyunçusu həkim müayinəsindən sonra meydana qayıtsa da, mübarizəni çox davam etdirə bilməyib. Nəticədə 38-ci dəqiqədə baş məşqçi Samir Abasov onu Adil Nağıyevlə əvəzləyib.

Qeyd edək ki, hazırda ilk hissəsinin sonları gedən "Səbail" - "Zirə" görüşündə meydan sahibləri 1:0 hesabı ilə öndədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest