"Məncə, ikinci hissənin ilk dəqiqələrində diqqətli olmadıq. Bu barədə çoxlu söhbətlər aparsaq da, məsələni həll edə bilmədik"

"Oyun barədə nəsə demək çətindi. Liqada yaxşı mövqedə deyilik. Bu gün qələbə üçün əlimizdən gələni etdik. Lakin istədiklərinizi hər zaman həyata keçirmək mümkün olmur. Bəxtimiz gətirmədi. İndi isə biz, yeni ildə bütün gücümüzlə geri dönmək və irəli pillərdə olmaq haqda düşünməliyik".

Matç.az xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Denis Silva evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra jurnalistlər üçün brifinqdə deyib. Braziliyalı müdafiəçi ardından sualları cavablandırıb...

- Hesabı siz açsanız da, üstünlüyü əldən verdiniz. Niyə belə alındı?

- Məncə, ikinci hissənin ilk dəqiqələrində diqqətli olmadıq. Bu barədə çoxlu söhbətlər aparsaq da, məsələni həll edə bilmədik. Bu cür vəziyyətlərə hazır olmalı idik. Yaxşı komandamız, yaxşı oyunçularımız var, lakin bəzən siz diqqətinizi itirirsiniz və bu da sizin pis vəziyyətə düşməyinizə səbəb olur. Bundan dərs çıxarmalıyıq.

 - Necə düşünürsünüz, "Qarabağ"ı keçmək olardı?

- Bunu edə bilərdik. çünki bir sıra qol vəziyyətləri yaratmışdıq, həmçinin rəqibin oynamasına da çətinlik yaradırdıq. Məncə, hamı gördü ki, biz bu mərhələni keçə bilərdik. Lakin qeyd etdiyim kimi, bəxtimiz gətirmədi. Bəzən diqqətsizlik olur, bu da sizin üçün pis nəticələnə bilər. Nə etmək olar? Artıq gələcək haqda düşünməliyik.

- Kubokda mübarizəni dayandırdınız, çempionatda isə autsayderlər qrupundasınız...

- Biz sadəcə, Premyer Liqa haqqında düşünməli və çalışmalıyıq. Hansı oyunçuların gedəcəyi və ya qalacağı ilə əlaqədar heç nə bilmirəm. Qarşıdakı müddət ərzində hamımız bunun şahidi olacağıq. Yaxşı oyunçularımız var. Yenilərin də bizə müsbət təsiri olacaq. İlk olaraq vəziyyəti dəyişmək üçün çox çalışmalıyıq. çünki son oyunlara baxdıqda onu demək olar ki, turnir cədvəlində irəliləmək üçün çox yaxşı komandamız mövcuddu.

- Sizcə, "Keşlə"yə yeni oyunçular lazımdı?

- Növbəti ildə nələrin baş verəcəyini demək mümkün deyil. Hansısa futbolçu oyunumuza fayda verəcəksə, bu, bizim üçün yaxşı hal olar. ümid edirəm ki, vəziyyəti dəyişə, bu cür oyuna davam etsək, irəli gedə bilərik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest