Serbiyalı mütəxəssis Bora Milutinoviç ölkəsinin milli komandasının Dç-2022-nin seçmə mərhələsində yer aldığı qrupu dəyərləndirib.
 
Matc.az xəbər verir ki, "danas.rs" saytına danışan 76 yaşlı mütəxəssis Azərbaycan millisinin də mübarizə aparacağı qrupla bağlı bunları deyib:
 
"Bütün komandalar üçün çətin qrup olacağını düşünürəm. Əla futbolçularımız var. Düşünürəm ki, seçmə mərhələdə vacib olan həvəsdir. Futbolçular başa düşməlidir ki, bu, bəlkə də onların çoxu üçün dünya çempionatında oynamaq baxımından son şansdır. Dünya çempionatında ölkəniz üçün oynamaqdan daha yaxşı bir şey yoxdur. Futbolçulara izah edərdim ki, bu, fürsətdir.
 
Qrupda Serbiya və Portuqaliya millisi böyük keyfiyyətə sahibdir. İrlandiya yığması bir qədər aşağı səviyyədədir. Azərbaycan və Lüksemburqun isə o qədər də keyfiyyəti yoxdur. üstəlik Qətərlə keçirəcəyimiz yoldaşlıq oyunları da var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest