Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib. 
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi türk yarımmüdafiəçi Ertuğrul Tekşen ilə Fil Dişi Sahilindən olan İsmael Diomandeni transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Danimarkanın “Lyunqbyu” komandasından transfer edilən 20 yaşlı Ertuğrul Tekşen ilə 2.5 illik müqavilə imzalanıb.
 
İsmael Diomande isə “Rizəspor”la yollarını ayırdığı üçün azad agent kimi Konya təmsilçisinə keçib. 28 yaşlı yarımmüdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb. O, “Konyaspor”da 27 nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest