Türkiyənin “Qaziantep” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi bundan sonra portuqaliyalı mütəxəssis Rikardo Sa Pinto çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı məşqçi ilə 2.5 illik müqavilə imzalanıb.
 
Sa Pintu bu vəzifədə bir neçə gün öncə istefaya göndərilmiş Marius Şumudiçanı əvəzləyib.
 
Qeyd edək ki, daha əvvəl ölkəsinin "Sportinq" və "Braqa" klublarına başçılıq etmiş Rikardo Sa Pinto Serbiyada "Srvena Zvezda", Belçikada "Standard" və Polşada "Legiya" kimi komandalarda da işləyib.
 
“Qaziantep” bu mövsüm Super Liqada keçirdiyi 18 oyuna 34 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest