“Real”ın İspaniya La Liqasının 1-ci turundan təxirə salınan “Xetafe” ilə oyununun yeni tarixi təsdiqlənib.
 
Matc.az xəbər verir ki, oyun əvvəldən nəzərdə tutulduğu kimi, fevralın 17-də yox, 9-da keçiriləcək.
 
Buna “Real”ın İspaniya kubokunda mübarizəni dayandırması səbəb olub. Qrafikində boşluq yarandığı üçün “Real”ın oyunu daha tez keçiriləcək.
 
“Real” İspaniya kubokunun 1/16 final mərhələsi çərçivəsində Sequnda B-də mübarizə aparan “Alkoyano”ya 1:2 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest