“Nəticə PSJ oyunçularının nə qədər əla olduqlarını əks etdirir. Bizdən daha yaxşı idi idilər. İlk hissə daha balanslı keçdi və hesab 1:0 olanda Usmanın hesabı 2:0 etmək şansı var idi". Matc.az xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 finalında evdə PSJ-yə 1:4 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
O, ikinci hissədə müdafiədə problemlərinin olduğunu bildirib: "PSJ fiziki cəhətdən bizdən daha güclü olduqlarını göstərdi. İkinci hissədə rəqibin çox üstün olduğunu etiraf etməkdən başqa bir şey qalmadı. Daha birləşən bir komandaya sahib olduqlarını göstərdilər. Bunu qəbul edirik. Ancaq oyunumuzu inkişaf etdirməliyik. Çünki güclü rəqibə qarşı oynayırıq".
 
Kuman deyib ki, 1:4 hesablı məğlubiyyəti qəbul etmək çətindir:  “Mən yalan deyə bilərəm, amma öz meydanımızda 1:4 hesablı məğlubiyyətdən sonra növbəti raunda çıxış şansları çox azdır. Bu matç əyani şəkildə göstərdi ki, biz öz hədəflərimizə nail olmaq üçün çox işləməliyik, xüsusən Çempionlar Liqasında".
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest