"Qarabağ"ın sabiq hücumçusu Reynaldo Bakıda səfərdədi. Matç.az saytı xəbər verir ki, braziliyalı futbolçu Ağdam klubunun bazasına baş çəkməyə də imkan tapıb.

"Aktobe"nin forvardı "Qarabağ"ın icraçı direktoru Əmrah çəlikəl, meneceri Asif Əsgərov və klubun digər rəsmiləri ilə görüşüb.

Qeyd edək ki, 2013-2016-cı illərdə "Qarabağ"ın formasını geyinmiş Reynaldo Azərbaycan çempionunun heyətində Premyer Liqada 87 oyun keçirib, 43 qola imza atıb. "Sambaçı" Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçu ünvanına sahibdi. Onun aktivində 11 top var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest