İtaliyanın "Kalyari" komandasının yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, A Seriyasında çıxış edən klub Leonardo Sempliçi ilə anlaşıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 54 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
İtaliyalı mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilmiş Eusebio Di Françeskonu əvəzləyib.
 
Qeyd edək ki, "Kalyari" A Seriyasında 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest