Almaniyanın "Arminiya" klubunun yeni baş məşqçisi bəlli olub.
 
Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Frank Kramer çalışdıracaq.
 
Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəsislə müddəti 2023-cu ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Frank Kramer bu postda ötən gün istefaya göndərilmiş Uve Noyhausu əvəz edib. Onun istefasına komandanın cari mövsümdəki uğursuz nəticələri səbəb olub.
 
Bilefeld təmsilçisi bu mövsüm Bundesliqa çərçivəsində 22 oyuna cəmi 18 xal toplaya bilib və 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest