Sabah Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkü atılıb. Matc.az xəbər verir ki, yarışa qatılan 12 Azərbaycan idmançısının da rəqibləri müəyyənləşib. Yarış ilk günündə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) mübarizə aparacaq.

Ertəsi gün Rüstəm Orucov (73 kq), Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) yarışacaq. Sonuncu gündə isə Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvəsini sınayacaq.

Kişilər
60 kq

Oruc Vəlizadə - Mortiz Plafki (Almaniya)
Kəramət Hüseynov – Ayub Bliev (Rusiya)
66 kq
Nicat Şəxəlizadə - Bojidar Temelkov (Bolqarıstan)
Orxan Səfərov – Lukas Sana  (Finlandiya)
73 kq
Rüstəm Orucov Aryan Mod Reşad (Əgqanıstan) və slovakiyalı Çartin Hojak cütünün qalibi ilə qarşılaşacaq.
81 kq
Murad Fətiyev – Nikolas Çilard (Fransa)
Hidayət Heydərov  - Gilyerme Şmidt (Braziliya)
90 kq
Məmmədəli Mehdiyev Erlan Şerov (Qırğızıstan) – Stanislav Gunçenko (Ukrayna) cütünün qalibi ilə
100 kq
Aslan Mirzəyev  - Otgonbatar Lxagvasuren (Monqolustan)
+100 kq
Uşangi Kokauri Vinçenso Darko (İtaliya)

Qadınlar
48 kq
Leyla Əliyeva  - Gulnur Muratbaeva (Özbəkistan)
Ayişə Qurbanlı  - Xalimajon Kurbonova (Özbəkistan)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest