“Çelsi” İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Liverpul”a 1:0 hesabıyla qalib gəlib.
 
Matc.az xəbər verir ki, sözügedən qarşılaşma “zadəganlar”ın futbolçusu Sesar Aspilikueta üçün əlamətdar olub.
 
Belə ki, “Liverpul”la görüş ispan müdafiəçinin “Çelsi”nin heyətində 411-ci oyunu olub.
 
Aspilikueta London klubunun tarixində ən çox oyun keçirən 10-cu futbolçu olub. “Çelsi”nin bu göstəricidə rekordçusu isə keçmiş futbolçu Ron Herrisdir. Keçmiş müdafiəçi “zadəganlar”la 795 oyuna çıxıb.
 
2012-ci ildən “Çelsi”də çıxış edən Aspilikueta bu mövsüm 24 matçda forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest