Futbol üzrə Qətər millisinin Dç-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
 
Matc.az xəbər verir ki, baş məşqçisi Feliks Sançes Lüksemburq, Azərbaycan və İrlandiya ilə matçlara 28 futbolçu çağırıb.
 
Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna müsabiqədənkənar daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq və yekun sıralamada nəzərə alınmayacaq.
 
Sözügedən komanda martın 24-də Lüksemburq, martın 27-də Azərbaycan, martın 30-da isə İrlandiya seçməsi ilə üz-üzə gələcək. Oyunlar Macarıstanın Debretsen şəhərindəki "Nadyerdei" stadionunda baş tutacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest