Azərbaycan millisinin və "Qəbələ"nin taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu il dünya çempionu adını qazanan idmançı Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında da fərqlənib.

63 kq çəki dərəcəsində çıxış edən Ağayev 1/8 finalda Cənubi Sudan təmsilçisi Stefan Atem ilə qarşılaşıb. Döyüşün gedişində afrikalı taekvondoçu diskvalifikasiya olunub. 1/4 finalda Cavadın rəqibi İran idmançısı Həmed Əsgəri Mahiabadi olub. 9:8 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib.

Ağayev finalın bir addımlığında Cənubi Koreya taekvondoçusu ço Vun Hu ilə üz-üzə gəlib. 13:15 hesabı ilə məğlub olan təmsilçimiz Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest