03 İyul 2021, 11:24
AVRO-2020
Avropa çempionatının 1/4 final mərhələsinin bu gün Bakıda keçiriləcək çexiya - Danimarka oyunu üçün indiyədək satılan biletlərin sayı açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
O bildirib ki, qarşılaşma üçün 23 000-dən bir qədər çox bilet satılıb: "Stadionda 24 000-dən artıq azarkeşin olacağı gözlənilir. çünki hazırda bilet satışı davam edir".
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq. BOS-da daha əvvəl A qrupunun 3 oyunu da baş tutub.