"Aston Villa"nın baş məşqçisi Unai Emeri Londonun "Çelsi" klubundan hücumçu Nikolas Ceksonun transfer edilməsini tələb edir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, Birmingem təmsilçisi seneqallı futbolçu və onun nümayəndələri ilə şəxsi müqavilənin şərtlərini demək olar ki, tam razılaşdırıb. Emeri "Aston Villa" rəhbərliyindən bu transferi rəsmiləşdirmək üçün "Çelsi" ilə rəsmi danışıqlara başlamağı xahiş edib. Klubun forvard üçün 70 milyon avrodan çox məbləğ ödəməyə hazır olduğu qeyd edilir.
Xatırladaq ki, ötən mövsüm Cekson icarə əsasında "Bavariya"nın şərəfini qoruyub. Hücumçu Münxen klubunun heyətində bütün turnirlərdə ümumilikdə 34 oyuna çıxıb, bu matçlarda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Çelsi" ilə hazırkı müqavilə müddəti 2033-cü ilin yayına qədər nəzərdə tutulub.













