Türkiyənin "Kayserispor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi sol cinah müdafiəçisi Lionel Karol və yarımmüdafiəçi Emrah Başsanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Başsanla 2 illik müqavilə imzalanıb. Karol ilə sözləşmənin müddəti və detalları isə açıqlanmayıb.
 
Lionel Karol 2018-ci ildən Fransanın "Strasburq" klubunda çıxış edirdi. Fransız müdafiəçi 2015-18-ci illər aralığında Türkiyədə "Qalatasaray"ın da uğurları üçün çalışıb. 2017-ci ildə 30 yaşlı futbolçu İspaniya "Sevilya"sında icarədə də oynayıb. O, əvvəllər "Nant", "Benfika", "Sedan" və "Trua"da da çıxış edib.
 
Emrah Başsan isə son üç mövsümü "Ərzurumspor"da keçirib. 29 yaşlı futbolçu geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 41 matçda 9 qol vurub, eyni sayda da məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest