Baş məşqçi Samir Abasovun israrla istədiyi vingerin transferi də həll edilib. Xorxe Korreayla danışıqlar uğurlu nəticələnib və bu futbolçu da sabah ölkəmizə gələcək. 28 yaşlı argentinalı Portuqaliya "Maritimu"sundan transfer edilir.

"Neftçi" transfer çalışmalarını bitirmək üzrədi. Heyətdə olan boşluqları doldurmaq üçün son cəhdlərini edən bakılıların müqavilə bağlayacağı sonuncu legionerin də adı bəllidi. ötən həftə Ramon Maçadonu heyətinə qatan "ağ-qaralar"ın yolunu gözlədiyi növbəti braziliyalı Tyaqu Bezerra birillik müqavilə üçün sentyabrın 7-də Bakıya gələcək. Qətərin "Əl-Xor"undan transfer edilən 34 yaşlı hücumçuyla müqavilənin bütün detalları razılaşdırılıb.
 
Baş məşqçi Samir Abasovun israrla istədiyi vingerin transferi də həll edilib.  Xorxe Korreayla danışıqlar uğurlu nəticələnib və bu futbolçu da sabah ölkəmizə gələcək. 28 yaşlı argentinalı Portuqaliya "Maritimu"sundan transfer edilir.
 
"Velez Sarsfild" yetirməsi 2010-18-ci illərdə doğma klubunda 63 matç (9 qol) keçirib. O, yalnız 2012-13 mövsümündə "Defensor"da icarədə olub (14 oyun, 1 qol). 2018-ci ildən "Maritimu"ya gələn futbolçu burada heyətə düşməkdə çətinlik çəkib. 13 dəfə bu komandanın formasını tərlədən Korrea karyerasında yeni səhifə açmaq üçün Azərbaycana üz tutub.
 
Maraqlıdı ki, Korrea bu yay Portuqaliyadan "Neftçi"yə gələn 3-cü futbolçudu. Bakılılar Harramiz Quita və Huqo Bastonu "Eştoril"dən gətirib. Futbolinfo.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest