"Roma"nın kapitanı Lorentso Pelleqrini A Seriyasında klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Yuventus" italiyalı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Turin təmsilçisi paytaxt klubu ilə müqaviləsi yayda başa çatan 29 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Lorentso Pelleqrini "Roma"nın yetirməsidir. İtaliya millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində keçirdiyi 29 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest