"Barselona"nın prezidenti Joan Laporta polşalı hücumçu Robert Levandovski ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, o, Levandovskini saxlamağa çalışacağını bildirib.

"Levandovski müqavilənin uzadılmasına layiqdir, çünki bura gəlmək istəyən o idi. Əgər o, rolunu başa düşərək qalmaq istəyirsə, ona müqavilənin uzadılmasını təklif edəcəyik.

Ferran Torres və Levandovski ilə bu mövqe təmin edilib, amma kimisə transfer etmək lazım gələrsə, bunu edəcəyik", - deyə Laporta açıqlama verib.

Qeyd edək ki, Polşalı hücumçu 2022-ci ilin yayından bəri kataloniyalılarda oynayır. Bu müddət ərzində o, 6 kubok qazanıb. Bu mövsüm o, 35 oyun keçirib, 14 qol vurub və 3 məhsuldar ötürmə edib. Levandovskinin müqaviləsi iyun ayında başa çatır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest