"Brayton" növbəti mövsüm üçün hücum xəttini yeni oyunçu cəlb edəcək.

Matc.az xəbər verir ki, "Köln"də çıxış edən Said El Mala yayda Premyer Liqa təmsilçisinə keçəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb.

İngiltərə klubu 19 yaşlı vinger üçün 35 milyon avro və bonuslar ödəyəcək. Saidin qardaşı Malek də "Brayton"a keçəcək.O, klubun U-21 komandasında çıxış edəcək.

Qeyd edək ki, Said El Mala bu mövsüm "Köln"ün heyətində keçidiyi 28 oyunda 9 qol və 4 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest