UEFA-nın "HatTrick" proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən "Məktəblərdə Futbol Dərsi" layihəsinin cənub regionu üzrə futzal turniri başa çatıb.

UEFA-nın "HatTrick" proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən "Məktəblərdə Futbol Dərsi" layihəsinin cənub regionu üzrə futzal turniri başa çatıb.

Matc.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan turnirdə ümumilikdə 10 məktəbin komandası iştirak edib. Lənkəran şəhəri Sütəmurdov kənd tam orta məktəbin idman zalında keçirilən yarışlarda 100-dən çox şagird (qız və oğlan) mübarizə aparıb.

Turnirin final görüşündə 4 saylı tam orta məktəbin komandasını üstələyən ev sahibi komanda – Sütəmurdov kənd tam orta məktəbinin kollektivi yarışın qalibi olub. 4 saylı tam orta məktəbin komandası ikinci, Hirkan kənd tam orta məktəbinin kollektivi isə üçüncü yeri tutub.

Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib. AFFA tərəfindən qalib komandaya kubok, ilk üç yeri tutan kollektivlərə isə hədiyyələr təqdim olunub. Bununla yanaşı, turnir ərzində fərqlənən oyunçular müxtəlif fərdi nominasiyalar üzrə mükafatlarla təltif ediliblər. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov təqdim edib.

Qeyd edək ki, “Məktəblərdə Futbol Dərsi” layihəsinin təşkilində əsas məqsəd məktəblilərin idmana, xüsusilə futbola marağını artırmaq, sağlam həyat tərzinin təşviqinə töhfə vermək, şagirdlərin fiziki aktivliyini yüksəltmək, futbol vasitəsilə komanda işi, dostluq və “fair-play” kimi dəyərlərin aşılanmasına şərait yaratmaqdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest