Bu gün Misli Premyer Liqasında XXIV tura start veriləcək.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Karvan-Yevlax" səfərdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. "Sumqayıt" isə doğma meydanda "Şamaxı"nı qəbul edəcək.
Misli Premyer Liqası
XXIV tur
13 mart (cümə)
18:30. "Araz-Naxçıvan" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Liv Bona Dea Arena"
20:30. "Sumqayıt" – "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu












