"İrlandiya ilə oyunda iştirak edənlərin hamısının Qətərlə matçda meydana çıxması mümkün deyildi. Təbii ki, bəziləri yenə oynadı". Matc.az xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş deyib.

Azərbaycanla eyni qrupda yer alan Portuqaliya yoldaşlıq görüşündə qüvvəsini sınayıb və mundiala ev sahibliyi edəcək Qətərlə üz-üzə gəlib. Macarıstanın Debretsen şəhərindəki "Naderdei" stadionunda baş tutan qarşılaşma Avropa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Portuqaliyalıların heyətində 23-cü dəqiqədə Andre Silva, 25-ci dəqiqədə Otavio, 87-ci dəqiqədə isə Bruno Fernandeş (penaltidən) fərqlənib. Abdelkarim Hassanın 61-ci dəqiqədəki təsəlli topu qətərliləri böyükhesablı məğlubiyyətdən xilas edib. Portuqaliyanın 3:1 hesablı qələbə qazandığı qarşılaşmada Qətərin iki oyunçusu qırmızı vərəqə alıb. 43-cü dəqiqədə Meşaal Barsham, 90+1-ci dəqiqədə isə Bualem Xuki birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Portuqaliya Dç-2022-nin seçmə mərhələsində növbəti oyununu sentyabrın 7-də Bakıda millimizə millisinə qarşı keçirəcək. Təcrübəli mütəxəssis səfər matçına hazır çıxmaları üçün bəzi oyunçulara Qətərlə yoldaşlıq görüşündə istirahət verdiyini bildirib: "Altı əvəzetməmiz var. İşimizi elə qurduq ki, Azərbaycan önünə yorğun çıxmayaq. Əlbəttə ki, bəzi futbolçularımızı həmin oyun üçün qoruduq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest