Azərbaycan Premyer Liqasında III tura yekun vuruldu. Matc.az xəbər verir ki, hesabat turu bəzi futbolçular üçün əlamətdar oldu.

Turun mərkəzi qarşılaşması "Neftçi" – "Qarabağ" görüşündə (1:2) 3 yubiley qeydə alınıb. Belə ki, "Neftçi"nin qapıçısı Aqil Məmmədov çempionatda 150, qonaqların heyətində Filip Ozobiç 100, Şahruddin Məhəmmədəliyev isə 50-ci oyununu keçirib.

"Sabah"ın futbolçusu Slavik Alxasov "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları görüşdə Premyer Liqada 250, Tural Axundov ("Keşlə") isə 300-cü oyununa çıxdı.  

ümumilikdə,  III turda meydana daha 17 yeni futbolçu çıxıb. Bununla, XXX milli çempionatda təmsil olunan futbolçu sayı 146-ya yüksəldi.

Rasim ƏLİYEV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest